Tokayev Almaniyada səfərdədir

29.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin dəvəti ilə Almaniyaya rəsmi səfərə gedib.

Məlumatı “Anadolu” verib. 

Berlinə səfəri zamanı Tokayevin Ştaynmayer və Almaniya kansleri Fridrix Merts ilə danışıqlar aparması planlaşdırılır. Tərəflər Qazaxıstan və Almaniya arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi perspektivlərini müzakirə etmək niyyətindədirlər.

Danışıqların ikitərəfli iqtisadi əməkdaşlıq, enerji və xammal tərəfdaşlığı, regional əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələlərinə yönəlməsi gözlənilir. Almaniya Kansleri Merts və Tokayevin 29 sentyabrda görüşəcəyini açıqlanıb.

Səfərin gündəliyində iqtisadi komponent mühüm rol oynayır. Tokayev Berlində keçiriləcək biznes forumunda iştirak edəcək və burada Almaniya biznes nümayəndələri ilə görüşməyi və yeni əməkdaşlıq sahələrini müzakirə etməyi planlaşdırır.

Bundan əlavə, Qazaxıstan prezidenti Münhenə səfər edəcək və texnologiya biznes forumunda iştirak edəcək. 

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью