Tokayev AZAL təyyarəsinin qəzaya uğramasından danışdı | Icma.az
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından danışıb.
"Unikal" xəbər verir ki, bu barədə o, Qazaxıstan Xalqları Assambleyasının növbəti sessiyasında çıxışı zamanı bildirib.
Prezident qəzanı xatırladaraq faciə zamanı qazaxıstanlıların hadisəyə çevik reaksiyasından bəhs edib: "Keçən il Aktau yaxınlığında təyyarə qəzası baş verəndə buna bir daha əmin olduq.
Vətəndaşlarımız zərərçəkənlərə kömək etməyə tələsdilər. Onlar qan vermək üçün növbəyə durdular.
Onlar Azərbaycan səfirliyinin önünə gül dəstələri düzdülər. Bütün dünya xalqımızın birliyinə, fədakarlığına heyran oldu.
O an qəlbimizin genişliyi, açıqlığı və mehribanlığı və mərhəməti üzə çıxdı.
Milli xarakterimizin xüsusiyyətlərini qoruyub saxlamalı və onları gənc nəslə ötürməliyik".
Tam oxu
Xəbəri oxu