Tokayev: Azərbaycan əhəmiyyətli rol oynayır

16.11.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan regionalarası əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

Qazaxıstan Prezidenti Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhət görüşləri formatına tamhüquqlu iştirakçı qismində qoşulması barədə qərarı tarixi adlandırıb:

"Bu gün Azərbaycanın bizim formatımıza tam hüquqlu iştirakçı qismində qoşulması barədə tarixi qərar qəbul edildi, sizi bu münasibətlə ürəkdən təbrik edirəm".

O, Azərbaycanın üzvlüyünün regional əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью