Tokayev: Azərbaycan Prezidentinin Qazaxıstana səfəri strateji tərəfdaşlığın inkişafı üçün çox böyük əhəmiyyətə malikdir

21.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Qazaxısan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün çox böyük əhəmiyyətini qeyd edib.

APA xəbər verir ki, Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı deyib:

“Əvvəlcə strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin daha da inkişafı, nəhayət qardaş xalqlarımız və dövlətlərimiz arasında dostluğun möhkəmləndirilməsi baxımından böyük, hətta deyə bilərik ki, kritik əhəmiyyətə malik olan Qazaxıstan Respublikasına rəsmi dövlət səfərinizdə Sizi bir daha salamlamaq istərdim”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью