Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən il Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti demək olar 1,5 milyon ton təşkil edib.
APA xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
“Məmnunluqla qeyd edirəm ki, Bakı–Tbilisi–Ceyhan marşrutu ilə Qazaxıstan neftinin nəqli sahəsində birgə fəaliyyət uğurla davam edir.
Ötən il bu strateji xammalın Azərbaycan ərazisindən tranziti demək olar ki, 1,5 milyon ton təşkil edib.
Yaxın gələcəkdə bu həcmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Milli enerji sistemlərimizin inkişafına güclü təkan verməli olan dərin dəniz elektrik kabeli layihəsi "yaşıl enerji"nin ixracında mövqelərimizi xeyli gücləndirəcək.
Həmçinin, Qazaxıstanın uran məhsullarının Azərbaycan ərazisindən keçməklə xarici bazarlara tədarükü istiqamətində də böyük işlər görülür.