Tokayev: Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq

27.03.2025

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qazaxıstan Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını və dövlətlərarası münasibətlərin qurulmasını alqışlayır".

AZXEBER.COM Oxu.Az-aistinadən xəbərinə görə, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqları zamanı deyib.

Tokayevin fikrincə, bu əlamətdar hadisə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasının xəbərçisinə çevriləcək və həm Qazaxıstan, həm də bütün Mərkəzi Asiya ölkələri ilə regionda təhlükəsizliyin möhkəmləndirilməsinə və əməkdaşlığın fəal inkişafına töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью