Tokayev Bakıya gəldi

11.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin İqlim Dəyişikliyi Konfransının himayəsi altında keçirilən COP 29 Ümumdünya İqlim Sammitində iştirak etmək üçün Bakıya işgüzar səfərə gəlib.

Bakıvaxtı.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində Qazaxıstan prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə, beynəlxalq təşkilatların rəhbərləri və biznes strukturlarının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью