Tokayev Cənubi Koreyaya GƏLİB

14.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koreyalı həmkarı Li Çje Myonun dəvəti ilə Koreya Respublikasına dövlət səfəri edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, onu Seul hava limanında Baş nazirin müavini, elm və informasiya-kommunikasiya texnologiyaları naziri Pe Gyon Xun qarşılayıb.

Tokayev Seula ötən gecə BRICS sammitində iştirak etdiyi Yeni Dehlidən birbaşa səfər edib.

Sentyabrın 15-də Seulda ali səviyyədə danışıqların keçiriləcəyi, bu zaman Qazaxıstan-Koreya genişləndirilmiş strateji tərəfdaşlığının möhkəmləndirilməsi perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Bundan əlavə, Prezidentin aparıcı Koreya şirkətlərinin rəhbərləri ilə görüşlərinin planlaşdırıldığı barədə də məlumat yayılıb.

Sentyabrın 16-da o, birinci "Mərkəzi Asiya - Koreya Respublikası" sammitinin işində iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью