Tokayev Çinə gedir

26.08.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Szinpinin dəvəti ilə 30 avqust - 3 sentyabr tarixlərində bu ölkəyə səfər edəcək.

Axar.az xəbər verir ki, səfər çərçivəsində ali səviyyəli danışıqlar keçiriləcək və bu danışıqlarda Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

"31 avqust - 1 sentyabr tarixlərində Qazaxıstan Prezidenti Tyantszində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və "ŞƏT plus" iclasında iştirak edəcək", - məlumatda qeyd olunur.

Bundan əlavə, sentyabrın 2-də Tokayev Pekində "Qazaxıstan - Çin" İşgüzar Şurasının iclasında çıxış edəcək və böyük Çin şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью