Tokayev ekstremizm və terrorizmlə mübarizə aparmağı tapşırıb

18.03.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasını keçirib.

Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2021-2025-ci illəri əhatə edən “milli təhlükəsizlik strategiyası”nın icrasının müzakirə edildiyi iclasda ictimai, iqtisadiyyat, ətraf mühit və informasiya təhlükəsizliyi sahələrində cari məsələlər müzakirə edilib.

Məlumata görə, Tokayev iclasda Təhlükəsizlik Şurasına ölkədə ekstremizm və terrorizmlə mübarizə üzrə əlaqələndirilmiş işi gücləndirməyi tapşırıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью