Tokayev ƏlƏzhəri Şərifin şeyxini Astanaya dəvət edib

13.11.2024

Icma.az, Operativmedia saytına istinadən bildirir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibi gələn il Astanada keçiriləcək Dünya və Ənənəvi Dinlər Liderlərinin 8-ci Qurultayına dəvət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью