Tokayev: “Embraer”in nümayəndələri Qazaxıstana gəliblər və araşdırmada fəal iştirak edirlər

27.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Embraer” şirkətinin nümayəndələri artıq Qazaxıstana gəliblər və araşdırma işlərində fəal iştirak edirlər.
APA xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.
Kasım-Jomart Tokayev bildirib ki, təyyarə qəzasının araşdırılması ilə bağlı onun tapşırığı ilə dərhal xüsusi komissiya yaradılıb, “Embraer” şirkətinin nümayəndələri artıq Qazaxıstana gəliblər və araşdırma işlərində fəal iştirak edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью