Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı

14.11.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə əhalisini gündəlik nitqdə "inşallah" və "əlhəmdulillah" kimi ərəb mənşəli ifadələrin istifadəsindən imtina etməyə çağırıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Prezident Tokayev həmin terminlərin Qazax dilində tərcümə variantını işlətməyi təklif edib.

Prezident vətəndaşlara gündəlik ünsiyyətdə "inşallah" əvəzinə "Quday qalasa" (Allah qoysa), "əlhəmdulillah" əvəzinə isə "Qudayğa şükür" (Allaha şükür) ifadələrini işlətməyi tövsiyə edib.

Bununla yanaşı, dövlət başçısı dini ayinlər və Ramazan ayı ilə bağlı terminlərin də Qazax dilinin öz qaydalarına uyğun səsləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.

Belə ki, "iftar" sözünün əvəzinə "auizaşar" (ağzı açmaq), "sahur" əvəzinə isə “säresi” (obaşdan, sübh tezdən) kəlmələrinin istifadə olunması tövsiyə edilib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью