Tokayev iki naziri işdən çıxardı

08.06.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki naziri işdən çıxarıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müdafiə naziri Ruslan Jaksılıkov və nəqliyyat naziri Marat Karabayev tutduğu vəzifədən azad olunublar.

Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanov təyin edilib.

Marat Karabayevdən sonra boş qalan kresloya isə hələlik təyinat olmayıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью