Tokayev İranın Naxçıvana hücumu barədə: "Hərtərəfli araşdırılmalıdır"

05.03.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın pilotsuz uçuş aparatlarının Naxçıvandakı hava limanına hücumu ilə bağlı açıqlama verib. Dövlət başçısı qardaş, müttəfiq Azərbaycana qarşı bu hücumu qətiyyətlə pisləyib.

Bakupost.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Aybek Smadiyarov "Telegram" kanalında məlumat verib.

Qazaxıstan prezidenti hadisənin İranla birgə hərtərəfli araşdırılmasına, habelə regionda eskalasiyaya yol verməmək üçün münaqişəli vəziyyətin diplomatik vasitələrlə tənzimlənməsinə ümid etdiyini bildirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью