Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!

10.09.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


“İsrailin hərəkətlərinin məqsədi nə olursa-olsun, onun törətdiyi əməllər qəbuledilməzdir. Çünki o, Qətər dövlətinin suveren hüquqlarını açıq-aşkar pozur və onun hərəkətləri beynəlxalq hüquq prinsiplərinə ziddir”.
Reyting.az
“Akorda” istinadla xəbər verir ki, bunu Qazaxıstan prezidentİ Kasım-Jomart Tokayev İsrail hakimiyyətinin Dohada həyata keçirdiyi hərbi əməliyyatdan danışarkən deyib.
Yerli media xəbər verir ki, HƏMAS-ın Qəzza zolağındakı lideri və hərəkat rəhbərliyinin daha 3 üzvü Dohaya endirilən raket zərbə nəticəsində öldürülüb.
Məlumatda, həmçinin Qətərin paytaxtında ABŞ-nın Qəzza zolağında atəşkəslə bağlı son təklifi ətrafında HƏMAS-ın nümayəndə heyəti ilə danışıqlar aparıldığı bildirilir.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью