Tokayev Macarıstanda səfərdədir

19.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Macarıstanda səfərdədir.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti (Aqorda) bildirib.

“Budapeşt hava limanında dövlət başçısını Macarıstanın Baş naziri Viktor Orban qarşılayıb”, – mətbuat xidməti diqqətə çatdırıb.

Bildirilib ki, Qazaxıstan lideri Prezident Tamaş Şuyok və hökumət başçısı Viktor Orbanla danışıqlar aparacaq.

“Danışıqlarda ölkələr arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq”, – məlumatda vurğulanıb.

Mətbuat xidməti Qazaxıstan Prezidentinin həmçinin Macarıstan biznes kapitanları ilə görüşməyi planlaşdırır.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью