Tokayev naziri istefaya göndərdi

27.09.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Dördpendirli pizza

Kosanovun vəzifədən azad edilməsi Xəzər dənizində hərbi təlimlər zamanı baş verən və hərbçilərin ölümü ilə nəticələnən faciədən sonra baş verib.

Hadisə sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı qeydə alınıb. İlkin məlumatlara görə, hərbçilərin olduğu qayıqdan şəxsi heyətin sahilə çıxarılması zamanı hava şəraiti kəskin pisləşib. Güclü külək nəticəsində hərbçilər açıq dənizə aparılıb.

Hadisə nəticəsində 14 hərbçi həlak olub, 3 nəfər isə xilas edilib. Faciənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью