Tokayev naziri vəzifəsindən azad edib Yeni təyinat

21.12.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Ölkə.az Report-a istinadən xəbər verir ki, "Dövlət başçısının fərmanı ilə Baybazarov Nurlan Serikoviç Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Milli İqtisadiyyat naziri vəzifəsindən azad edilib", - məlumatda bildirilib.

Yeni fərmana əsasən, Serik Jumanqarin Qazaxıstanın yeni milli iqtisadiyyat naziri - Baş nazirin müavini olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью