Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib

18.09.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Astana, 18 sentyabr, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib.

AZƏRTAC Akordaya istinadla xəbər verir ki, Elvira Əzimova Qazaxıstan Konstitusiya Məhkəməsinin, Nurlan Abdirov Mərkəzi Seçki Komissiyasının, Əlixan Smayılov isə Ali Audit Palatasının sədri təyin olunub.

Hər üç şəxs bundan əvvəl də həmin vəzifələri tutub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью