Tokayev Putini təcrübəli dövlət xadimi adlandırıb Doğru Xəbərlər

03.01.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

Rusiya lideri Vladimir Putin Qazaxıstanın xüsusiyyətlərini və böyük əhəmiyyətini yaxşı başa düşən təcrübəli dövlət xadimidir.

Bu sözləri Qazaxıstanın “Ana Tili” qəzetinə müsahibəsində ölkə prezidenti Kasım-Jomart Tokayev deyib.

“Prezident Putin təcrübəli dövlət xadimidir, o, Qazaxıstanın xüsusiyyətlərini və Mərkəzi Asiya regionunda ən böyük iqtisadiyyat kimi ölkəmizin böyük əhəmiyyətini yaxşı başa düşür”, – o vurğulayıb.

Siyasətçinin sözlərinə görə, hər iki ölkə ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafı istiqamətində fəal işləyir.

Tokayev həmçinin bəyan edib ki, Rusiya hərbi cəhətdən yenilməzdir.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью