Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qaz hasilatı Qazaxıstan iqtisadiyyatının ehtiyaclarından geri qalır”” “Qaz hasilatı Qazaxıstan iqtisadiyyatının ehtiyaclarından geri qalır”.
AYNA.AZ Qazaxıstan mediasına istinadən bildirir ki, Prezident Qasım-Comart Tokayev bunu Qızılordada keçirilən Milli Qurultayda çıxış edərkən bildirib.
"Təbii qaz istehsalı iqtisadiyyatımızın artan ehtiyaclarından geri qalır.
Təkcə ötən il kommersiya qazının idxalı 18% artaraq 4,5 milyard kubmetrə çatıb.
Bu arada, yeni qaz yataqlarının istismara verilməsi qəbuledilməz dərəcədə yavaş templə davam edir", - deyə o bildirib.
Prezident hesab edir ki, bu vəziyyət "indiki fövqəladə hallarda tamamilə qəbuledilməzdir".
Prezident bildirib ki, “QazaqGaz”a öz vəsaitləri hesabına perspektivli yataqların işlənməsini başlatmaq və investorları cəlb etmək tapşırığı verib.