Tokayev “Qazaxıstan Çin rəqəmsal körpüsü” yaratmağı təklif edib

17.07.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rəqəmsal ticarəti inkişaf etdirmək və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində rəqəmsal iqtisadiyyatların inteqrasiyası üçün praktik model yaratmaq məqsədilə “Qazaxıstan-Çin rəqəmsal körpüsü” təşəbbüsünün başlanması təklifi ilə çıxış edib.

XQ Qazaxıstan Prezidenti aparatının məlumatına istinadla xəbər verir ki, dövlət başçısı bu təklifi Şanxayda keçirilən İntellektual İnkişaf üzrə Ümumdünya Konfransında irəli sürüb.

Prezident istehsal, mədənçilik, enerji, kənd təsərrüfatı, səhiyyə və su ehtiyatlarının idarə edilməsi sahələrində süni intellektdən (AI) istifadənin təhlükəsiz, genişmiqyaslı şəkildə tətbiqinin sürətləndirilməsinə çağırıb.

Dövlət başçısı süni intellektin tənzimlənməsinə milli yanaşmalar arasında uyğunluğun təmin edilməsinin, həmçinin AI sistemlərinin sınaqdan keçirilməsi və sertifikatlaşdırılması üçün ümumi standartların hazırlanmasının vacibliyini vurğulayıb.

O, kibertəhdidlər, feyk məlumatlar, rəqəmsal fırıldaqçılıq və digər ortaya çıxan risklər də daxil olmaqla, süni intellektin zərərli məqsədlərlə istifadəsinə qarşı güclü təhlükəsizlik tədbirlərinin yaradılmasının vacibliyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью