Tokayev qəzaya uğrayan təyyarənin sərnişinlərini xilas edən ölkə vətəndaşlarını mükafatlandırıb

29.12.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda baş vermiş təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında iştirakına görə bir qrup qazaxıstanlını mükafatlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə akorda.kz məlumat yayıb.

"Prezident Kasım-Jomart Tokayev Mangistau vilayətində qəzaya uğrayan "AZAL" aviaşirkətinə məxsus təyyarənin sərnişinlərinin xilas edilməsində cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirmiş Qazaxıstan vətəndaşlarının böyük bir qrupunu mükafatlandırıb", - deyə məlumatda bildirilir.

Mükafatlandırılanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, polis əməkdaşları, Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları da var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью