Tokayev Rusiyadan qayıdıb Putinə məktub göndərdi

14.11.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tokayev Rusiyaya səfərindən sonra Putinə məktub göndərib.

"Ölkə.az" xəbər verir ki, Rusiya Federasiyasına dövlət səfərindən sonra Prezident Kasım-Jomart Tokayev Prezident Vladimir Putinə təşəkkür məktubu göndərib.

"Səfərin tam uğuruna isti münasibət, etimad, açıqlıq və qarşılıqlı anlaşma mühiti töhfə verib və Qazaxıstan xalqı tərəfindən böyük sevinclə qarşılanıb.

Qazaxıstan və Rusiya arasında dövlətlərarası münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçirilməsi haqqında Bəyannamə xüsusi əhəmiyyət kəsb edir.

Bu sənəd ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək", - dövlət başçısı yazıb.

Elvin

Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью