Tokayev: Süni sözlərə ehtiyac yoxdur

10.11.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazax dilində yaranan bəzi yeni sözləri süni adlandırıb.

Teleqraf xəbər verir ki, prezident bu barədə “Qazax dili” beynəlxalq cəmiyyətinin X qurultayında çıxış edərkən danışıb.

"Qazax dilində qonşu ölkələrin dilləri ilə müqayisədə alınma sözlər xeyli azdır. Süni sözlərə ehtiyac yoxdur".

Dövlət başçısı dilçilik sahəsində universal və hamı üçün əlçatan rəqəmsal sistemin yaradılmasının vacibliyini vurğulayıb. Bunun üçün peşəkar dilçilər, alimlər, ekspertlər və ictimaiyyət nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasını təklif edib. Tokayev bütün lüğətlərin, o cümlədən orfoqrafiya lüğətinin yenilənməsinin zəruri olduğunu da bildirib. Onun sözlərinə görə, qazax orfoqrafiyasının normaları 2027-ci ilin sonunadək qaydaya salınmalıdır.

Prezident xatırladıb ki, rəsmi təsdiq olunmuş orfoqrafiya lüğəti 1983-cü ildə çıxıb, sonradan nəşr olunan lüğətlər isə dövlət səviyyəsində təsdiqlənməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью