Tokayev təyyarə qəzasına görə onları mükafatlandırdı

05.01.2025

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus qəzaya uğrayan təyyarənin sərnişinlərini xilas edən təcili tibbi yardım şöbəsinin əməkdaşları mükafatlandırılıb.

Teleqraf.com xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanına uyğun olaraq, Manqistau vilayətinin rəhbəri Nurdaulet Kilybay əməliyyat iştirakçılarına mükafatları təqdim edib.

Eləcə də 10 xilasediciyə Aktau şəhərində baş vermiş təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında göstərdikləri peşəkarlıq, cəsarət və fədakarlığa görə mükafat təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью