Tokayev Trampa zəng etdi

06.12.2024

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub. SİA Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Tokayev Trampı prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Siyasətçilər ticarət, sərmayə və nüvə silahlarının yayılmaması sahəsində strateji tərəfdaşlığın intensiv inkişafına qarşılıqlı sadiqliyi təsdiqləyiblər. Qazaxıstan Prezidenti beynəlxalq gündəmin ən aktual məsələlərlə bağlı ölkəsinin mövqeyini açıqlayıb. Prezidentlər ikitərəfli əməkdaşlığın yüksək dinamikasını saxlamaq məqsədilə müntəzəm əlaqələr qurmaq barədə razılığa gəliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью