Tokayev Türkiyəyə səfər edəcək

27.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 28-30-da Türkiyəyə rəsmi səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Aybek Smadiyarov sosial şəbəkələrdə bildirib.

Səfər zamanı Ankarada genişləndirilmiş strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş dövlət başçılarının danışıqları keçiriləcək. Prezident həmçinin Türk Dövlətləri Təşkilatının 13-cü Sammitində iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью