Tokayev Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı təhlükəsizliyin gücləndirilməsini tapşırıb

22.11.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar əsas hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlərin görülməsi” ilə bağlı göstəriş verib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.

O qeyd edib ki, ölkədəki vəziyyət Prezidentin birbaşa nəzarətindədir.

Onun sözünə görə, müvafiq qurumlara strateji və infrastruktur obyektlərin mühafizəsizilə bağlı göstərişlər verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью