Tokayev və Putin 6 saat təkbətək söhbət ediblər

02.12.2024

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Qazaxıstan və Rusiya prezidentləri Kasım - Jomart Tokayev və Vladimir Putin Astanada  altı saat təkbətək danışıblar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin “Moskva -Astana: Yaradıcı şəhərlər” forumunda bildirib.

Putin noyabrın 27-28-də Qazaxıstana dövlət səfəri edib. Nəticədə iki ölkə liderləri tərəfdaşlığın dərinləşdirilməsinə dair 20-yə yaxın sənəd imzalayıblar.

"Rəsmi danışıqlardan əlavə, prezidentlərimiz arasında, hətta ən ümumi hesablamalara görə, altı saata yaxın davam edən qeyri-rəsmi danışıqlar da olub: onlar bir-biri ilə təkbətək ünsiyyətdə olublar",  - Borodavkin bildirib.

Gülayə Mecid


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью