Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astana, 28 noyabr, AZƏRTAC Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin yeni qlobal nizam şəraitində strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında birgə bəyanat imzalayıblar.AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, sənəd Astanada keçirilən Rusiya-Qazaxıstan danışıqlarının nəticəsi olaraq imzalanıb.Danışıqların yekununda hər iki ölkənin nümayəndə heyətləri ümumilikdə 20 sənəd imzalayıblar.Rusiya Prezidenti Vladimir Putin hazırda Astanada dövlət səfərindədir və səfər çərçivəsində 28 noyabr tarixində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edəcək.
Elşən RüstəmovAZƏRTAC-ın xüsusi müxbiriAstana Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.