Tokayev və Tramp arasında telefon danışığı baş tutub

06.12.2024

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Tokayev Trampı prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Siyasətçilər ticarət, sərmayə və nüvə silahlarının yayılmaması sahəsində strateji tərəfdaşlığın intensiv inkişafına qarşılıqlı sadiqliyi təsdiqləyiblər.

Qazaxıstan Prezidenti beynəlxalq gündəmin ən aktual məsələlərlə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

Prezidentlər ikitərəfli əməkdaşlığın yüksək dinamikasını saxlamaq məqsədilə müntəzəm əlaqələr qurmaq barədə razılığa gəliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью