Tokayevin qəza ilə bağlı tapşırığına əsasən yaradılan komissiyaya o rəhbərlik edəcək

25.12.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Qazaxıstan prezidentinin tapşırığına əsasən, Aktau yaxınlığında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə bağlı yaradılan dövlət komissiyasına baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.

Sfera.az bildirir ki, bu barədə Kazinform İnformasiya Agentliyi məlumat yayıb. 

“Qasım-Jomart Tokayev yaralılara lazımi yardım göstərmək üçün Astanadan Aktauya bir qrup tibb işçisi göndərməyi də tapşırıb”, - əlavə edilib. 

Xatırladaq ki, bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb. Təyyarədə 5-i ekipaj üzvü olmaqla 67 nəfər olub.

Günay 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью