Tokio Kiyevə peyk məlumatları ötürəcək

22.04.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, açıq mənbə məlumatları əsasında hərbi əməliyyatların interaktiv xəritəsini dərc edən Ukraynanın “OSINT” analitik layihəsinin “DeepState” adlı platforması belə məlumat yayıb.
“Yaponiya Ukraynanın Hərbi Kəşfiyyat idarəsini peyklərin vasitəsilə əldə edilən geoməkan məlumatları, o cümlədən SAR peyklərindən alınan radar şəkilləri ilə təmin etməyə razılaşıb. Bu, Yaponiya tərəfindən belə səviyyəli əməkdaşlığın ilk addımıdır. Məlumatlar Yaponiyanın iQPS institutu (Kyushu University's Institute for Q-shu Pioneers of Space) tərəfindən təqdim edilib”, - xəbərdə deyilir.
Yaponiya İnstitutu Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) ilə iQPS sistemlərinin Ukrayna kəşfiyyat platformalarına inteqrasiyası haqqında müqavilə imzalayıb. Sazişə əsasən, Ukrayna tərəfinin SAR məlumatlarını - sintetik diafraqma radar texnologiyasından istifadə etməklə yaradılan şəkilləri alacağı bildirilir.
“DeepState” platformasının məlumatına görə, hazırda Ukrayna bir neçə ölkənin SAR peyk şəkillərindən istifadə edir. Finlandiya “Iceye” sistemindən, Almaniya “SAR-Lupe” və “SARah” peyk bürclərindən, İtaliya isə “Cosmo-SkyMed” cihazlarından istifadə etməklə Kiyevə məlumatlar ötürürlər.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью