Tokio olimpiadasının mükafatçısı karyerasını bitirib | Icma.az
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Jeremi Deplanş karyerasını bitirib.
"Report" xəbər verir ki, bu barədə İsveçrə Üzgüçülük Federasiyası məlumat yayıb.
30 yaşlı idmançı bu ilin yayında Parisdə keçirilən olimpiadanın onun karyerasında sonuncu böyük beynəlxalq yarış olacağını bildirmişdi.
Qeyd edək ki, J.Deplanş Tokio-2020-də 200 metr məsafəyə sinxron üzgüçülük yarışında 3-cü yeri tutub.
O, həmçinin dünya çempionatının gümüş, Avropa çempionatının qızıl və gümüş medallarına sahibdir.
Bizim Telegram kanalımıza abunə olun Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu