Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarından birinə – İtirupa səfəri rəsmi Tokioda etirazla qarşılanıb.
“Putin İturupa səfər edib və biz bu addıma qarşı qəti etiraz edirik. Şimal Əraziləri həm tarixi baxımdan, həm də beynəlxalq hüquqa əsasən Yaponiyanın ərazisinin ayrılmaz hissəsidir. Rusiya prezidentinin İturupa səfəri Yaponiyanın Şimal Əraziləri ilə bağlı ardıcıl mövqeyinə ziddir. Bu, həmçinin yapon xalqının hisslərinə toxunur və qətiyyən yolverilməzdir“ – Baş nazir Sanae Takaiçi sosial şəbəkədə yazıb.
XQ