Tokioda məbədi təhqir edən çinliyə 8 ay həbs cəzası verilib | Icma.az
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tokioda yerli ziyarətgahı təhqir edən çinliyə 8 ay həbs cəzası verildi.Demokrat.az xəbər verir ki, çinli Tokiodakı ziyarətgahı təhqir etdiyinə görə səkkiz aylıq həbs cəzasına məhkum edilib.29 yaşlı Çin vətəndaşı Jiang Zhuojun, Tokiodakı Yasukuni ziyarətgahında əmlaka ziyan vurub.O, daş sütunun üzərinə sprey boya ilə “tualet” sözünü yazıb.Çinli geniş ictimai rezonansa səbəb olan ibadət yerinə hörmətsizlik etməkdə və əmlaka ziyan vurmaqda ittiham olunub.Məhkəmə zamanı Jiang vurğulayıb ki, onun hərəkətinə Yaponiyanın Fukusima-1 atom elektrik stansiyasından təmizlənmiş suyun okeana axıdılması ilə bağlı qərarı ilə razılaşmaması səbəb olub.Əfsanə Kamal Demokrat.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu