Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Yaponiyanın xarici işlər naziri Toşimitsu Mooteqi İranda 2 Yaponiya vətəndaşının nəzarət altında saxlanıldığını bildirərək, onların tezliklə sərbəst buraxılmasını tələb edib.
"Cebheinfo.az" xəbər verir ki, nazir Mooteqi Yaponiya Parlamentindəki (Diet) iclasdan əvvəl açıqlama verib.
ABŞ və İsrailin hücumlarının davam etdiyi İranda 2 Yaponiya vətəndaşının saxlanıldığını qeyd edən Mooteqi bu şəxslərlə əlaqə qurduğunu və hazırda təhlükəsizlikdə olduqlarını bildirib.
"Hökumət bu şəxslərin bir an əvvəl sərbəst buraxılmasını qətiyyətlə tələb edir. Onlarla, ailələri və əlaqədar tərəflərlə təmasda qalaraq mümkün olan hər cür dəstəyi təmin edəcəyik", — deyə nazir vurğulayıb.
Həmin şəxslərdən birinin 20 yanvarda yerli hakimiyyət orqanları tərəfindən saxlanılan Yaponiya dövlət televiziyası NHK-nın Tehran bürosunun rəhbəri Şinnosuke Kavaşima olduğu ehtimal edilir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin