Tolerantlıq ənənələrimizə dair Göygöldə regional konfrans

07.10.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusundakı toplantı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Konfransın iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dövlətçiliyimizin qurucusunun xatirəsini ehtiramla yad ediblər.
Qərb regionunun geniş tərkibli İctimaiyyət nümayəndələrinin, o cümlədən ilahiyyatçıların, din xadimlərinin, dini icmaların təmsilçilərinin qatıldığı konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, qarşıdakı Zəfər gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək, Azərbaycanda tolerantlıq və dini həmrəylik ənənələrinin möhkəmləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi məqsədyönlü siyasi kurs əsasında ölkəmizdə multikultural və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini, bu siyasətin Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

O, həmçinin müxtəlif dini konfessiyaların dinlərarası harmoniya şəraitində yaşamasının Azərbaycanın çoxmədəniyyətli prinsiplərə sadiqliyinin göstəricisi olduğunu, bu xüsusiyyətlərin cəmiyyətə, xüsusilə gənc nəslə aşılanmasının, bu məsələlərə dair  konfransların təşkilinin əhəmiyyətini diqqətə çatdırıb və bu tədbir çərçivəsində aparılacaq müzakirələrin nümunəvi tolerantlıq modelimizin daha geniş təbliğinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanda birgəyaşayış mədəniyyəti tarixinin minillikləri aşdığını xatırladaraq, müxtəlif dinlərin və etnik qrupların əsrlərdir bir arada yaşadığı ölkəmiz üçün multikulturalizm və tolerantlığın xalqın həyat tərzinə çevrildiyini qeyd edib.
G. İsmayılov həmçinin bildirib ki, din və məzhəb məsələlərindən sui-istifadə edərək, milli birliyi zəiflətməyə çalışan təxribatçı meyillərin qarşısının alınması üçün cəmiyyətimiz daim sayıqlığını itirməməli və bu yöndə din xadimlərimiz də prinsipial mövqe nümayiş etdirməlidirlər.
Milli Məclisinin deputatı Kamran Bayramov çıxışında bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən din siyasəti etiqad azadlığının təmin olunmasına, ölkədə dinc yanaşı yaşayış ənənələrinin qorunmasına yönəlib və dini icmalara göstərilən dövlət dəstəyi, eləcə də tarixi-dini abidələrin mühafizəsi, bərpası və yenidən qurulması istiqamətində görülən işlər bu siyasətin mühüm göstəricilərindəndir.
O,  bölgələrimdə təşkil edilən bu cür görüşlərin dini sabitliyin və mənəvi birliyin möhkəmlənməsi, radikal meyillərin qarşısının alınması, habelə cəmiyyətin maarifləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək, xüsusən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin və dünyagörüşünün yüksəldilməsinin vacibliyini diqqətə çatdırıb.

Konfransın işi “Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət” və “Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət” mövzuları üzrə panel müzakirələrlə davam etdirilib.

Zakir Muradov,

Göygöl – Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью