Tolik efirinin qonağı olan məşhur müğənni ilə qırğına çıxdı VİDEO

10.12.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) verilişinə dəvət etdiyi müğənni Elnar Xəlilovla canlı efirdə gözlənilməz gərginlik yaşayıb.

Milli.Az xəbər verir ki, proqram zamanı ikili arasında söz atışması baş verib.

Məlumata görə, gərginliyə səbəb Elnar Xəlilovun efirə dəvət olunmazdan əvvəl proqram əməkdaşına söylədiyi ifadələr olub. Bu sözlər Tolikin narazılığına səbəb edib və o, efirdə açıq şəkildə reaksiyasını bildirib.

Hadisə zamanı studiyada gərgin anlar yaşanıb, qarşılıqlı iradlar səsləndirilib. Elnar isə öz mövqeyini müdafiə etməyə çalışıb.

Hazırda həmin gərgin kadrlar sosial şəbəkələrdə geniş müzakirə olunub.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью