Tolik səhhətindən danışdı…

27.01.2026

Icma.az bildirir, Olay.az portalına istinadən.

Bir neçə gün öncə efirdə halı pisləşən və xəstəxanaya yerləşdirən aparıcı-prodüser Tarix Əliyev səhhətindən danışıb.

Bu barədə Tolik Xalq artisti Aygün Kazımovanın ad günündə OLAY-a açıqlama verib.

Aparıcı deyib ki, bu həftə də efirə çıxmayacaq:

“Görürsüz, danışıram şəkərim qalxır. Məndə gizli panikatak var imiş, bilmirmişəm. Sağ olsun Təranə Qumralla Musa Musayevin mahnı məsələsi məni o həddə gətirdi ki, verilişdə özümü pis hiss elədim, bir gecə klinikada qaldım. İndi də ambulator müalicə alıram. Əslində bu gün bura gəlməməliydim. Dedilər ki, get, istirahət et, əylən. Amma efir stress yaradırsa, çıxma. Vado müəllim mənə 1 həftə də istirahət verdi. Gələn həftənin ilk günü efirə qızımla çıxacağam. Qızımla da qalmıram, həkim deyib ki, tək qal, pəncərələri bağlı, telefonun səsini al. Yeni telefon almışam, nömrəmi yalnız yaxınlarım bilir. Heç nəyə fikir verməməliyəm”.

Qeyd edək ki, Tolikin halı “Tarixin bir günü” verilişi zamanı pisləşib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью