Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bu gün bəzi izləyicilər, xüsusən instaqram və TikTok istifadəçiləri düşünürlər ki, müəyyən verilişlər çox yüksək reytinqdədir, daim gündəmdədir.
Amma əslində belə deyil. O verilişlərin işçiləri proqram yayımlanarkən materialları kəsib jurnalistlərə və sosial media səhifələrinə göndəri
Onlar da bunu "xəbər" kimi təqdim edirlər. Bu cür piar üsulları insanlarda yalnış təsəvvür yaradır ki, həmin müğənnilər çox məşhurdur.
Halbuki, bu, sadəcə meymunluqdur.Həftədə iki dəfə eyni verilişə çıxan bu insanlar bir gün dava edib barışır, ertəsi gün biri o birinə hədiyyə verir və belə davam edir".Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) videoaçıqlamasında deyib.
O, son günlər verilişlərdə baş verən süni qalmaqallara münasibət bildirib:"Öz verilişimin piarını aparsam belə, bunu belə ucuz yolla etmərəm.
Efirdə baş verənləri hər yerə göndərib hamıya paylaşdırmaq mənim xarakterimə uyğun deyil.
Öz piarlarını etmək üçün müğənniləri pulla efirə çağırıb qeyri-ciddi xəbərlər yaymaq – məsələn, "atası öldü", "atası qısqandı", ya da "filan problem yaşadı" kimi xəbərlər insanları bezdirir.