Tolikə görə efirdə göz yaşı tökdü VİDEO

27.01.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şair Nazilə Səfərli canlı efirdə kövrək anlar yaşayıb.

Milli.Az xəbər verir ki, canlı yayım zamanı Nazilə Səfərli proqramın aparıcısı Tarix Əliyevin (Tolik) səhhəti ilə bağlı yaşadığı problemlərdən danışarkən emosiyalarına hakim ola bilməyib.

O, Tolik üçün duyduğu narahatlığı dilə gətirərkən göz yaşlarını saxlaya bilməyib və studiyada duyğusal anlar yaşanıb.

Şairə bildirib ki, Tolikin sağlamlıq durumu onu dərindən sarsıdıb. Onun səmimi çıxışı həm studiyada olanları, həm də ekran qarşısındakı izləyiciləri duyğulandırıb.

Yaşanan bu anlar sosial şəbəkələrdə də geniş maraqla qarşılanıb, izləyicilər Tolikə tezliklə sağalması üçün xoş arzularını çatdırıblar. Nazilə Səfərlinin efirdəki səmimi göz yaşları isə  müzakirə mövzusu olub.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью