Tolikə qarşı məhkəmə iddiası təmin edilmədi

02.12.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Bir müddət əvvəl Tarix Əliyev (Tolik) barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdu. Şikayətçi olan məhbus ailəsi iddia edirdi ki, Tarix Əliyev "TikTok" sosial şəbəkəsində bütün məhbus ailələrinə qarşı nəlayiq ifadələr işlədib.

"Yeni Sabah" patrul-a istinadən yazır ki, məhkəmə Tarix Əliyevin paylaşımında bütün məhbus ailələrini nəzərdə tutmadığını müəyyən edib. Bundan başqa, onun hərəkətlərində cinayət tərkibinin olmadığına görə şikayətin icraata qəbul edilməsindən imtina edilib.

Tarix Əliyevin vəkili Ramil Vəliyev bildirib ki, xüsusi ittihamçı həmin qərardan apellyasiya şikayəti verib. Apellyasiya instansiyası şikayəti araşdıraraq əsas görmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью