Tolikin efirdə halının PİSLƏŞDİYİ O AN VİDEO

23.01.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, "Space" telekanalının tanınmış siması, "Tarixin bir günü" verilişinin aparıcısı Tarix Əliyev səhhətində yaranan ciddi problem səbəbindən təcili xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, canlı yayım zamanı aparıcının halı qəfil pisləşib. Onun əllərində keyimə və quruma müşahidə olunub. Veriliş bitdikdən sonra dərman qəbul etsə də, gecə saatlarına doğru səhhəti daha da ağırlaşıb.

Nəticədə Tarix Əliyev Kəpəz Hospitala müraciət edib. Aparılan ambulator müayinə zamanı aparıcının arterial təzyiqinin və saturasiya göstəricilərinin normadan xeyli yüksək olduğu müəyyən edilib.

Həkimlər ona bir müddət xəstəxananı tərk etməməyi, eyni zamanda gərgin iş rejimindən uzaqlaşmağı tövsiyə ediblər. Hazırda aparıcı həkim nəzarəti altında ambulator müalicə alır.

Hüseyn
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью