Tolikin sözləri Vəfa və Şəbnəmi ağlatdı: Efiri tərk etdi KONKRET

23.01.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış prodüser, teleaparıcı aparıcı Tarix Əliyev (Tolik) verilişində müğənniləri ağladıb.

KONKRET.az xəbər verir ki, müğənni Vəfa Şərifova “Tarixin bir günü” verilişində aparıcının verdiyi suallar qarşısında özünü saxlaya bilməyib və gözləri dolub:

“Xoşbəxt ola bilmərəm. Tamam olmayan nüanslar var. Çox şükür övladlarım var. Allah onları qorusun. Mənim üçün hər şey onlardan və sənətimdən ibarətdir. Bir qadın olaraq xoşbəxtəmmi? Deyiləm. Olmuşammı? Olmamışam heç vaxt”.

Daha sonra aparıcı Tarix Əliyevin çıxışı isə studiyada qonaq olan müğənni Şəbnəm Qəhrəmanovanın göz yaşlarını saxlaya bilməməsinə səbəb olub. Ş.Qəhrəmanova ağlaya-ağlaya efiri tərk edib. Bu hadisələr həm tamaşaçıların, həm də sosial media izləyicilərinin diqqətini çəkərək geniş müzakirələrə səbəb olub./yenisabah

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью