Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə yaşayan model Günay Musayeva oğlu Cahangirlə bağlı keçmiş həyat yoldaşı, aktyor Tolqa Karelə səslənməsindən danışıb.
Axşam.az-a açıqlama verən Günay Tolqanın övladının xahişinə məhəl qoymadığını deyib. O bildirib ki, Tolqa oğlunu Parisə aparması üçün lazım olan icazə sənədini imzalamayıb:
"Həmin məsələni efirdən səslənməyimin nəticəsi yaxşı oldu. Düzdür, qarşı tərəfdən bir cavab gəlmədi. Amma problemi Azərbaycandan həll edəcəyəm. Ölkəmizin pasportu ilə oğlumun xəyallarını gerçəkləşdirəcəyəm. Şükür ki, Azərbaycan vətəndaşlığım var".
Günay eks-həyat yoldaşı ilə yaşadığı probelmlər fonunda Tolqanı atalıq hüququndan məhrum etməyi düşünüb-düşünməməsi haqda suala belə reaksiya verib:
"Bunu 18 yaşına gələndə oğlum bilər. Özü qərar verəcək. Oğlum Türkiyədə yaşayır, orada bir həyatım var. Buna görə mənə İstanbul daha rahatdır. Başqa yerlərə gedib-gəlsəm də özümü qonaq kimi hiss edirəm".
Son olaraq Rusiyada seriala çəkilən model Türkiyədə də yeni layihəsinin ola biləcəyini açıqlayıb:
"Yeni layihəm var. Amma hələ hər şey tam dəqiq deyil. Türk serialından dəvət almışam. Yeni yayımlanan bir serialdır. Görək, dəqiqləşəndə bu barədə deyəcəyəm".
Qeyd edək ki, Günayın aktyor Tolqa Karellə nikahından Cahangir adlı bir oğlu var. Son günlər Günay oğlunu xaricə gəzməyə aparmaq istəməsi, amma Tolqanın icazə kağızı verməməsi açıqlaması ilə gündəmə gəlib. O bildirib ki, övladının arzusu Disneyləndi görməkdir.