Tolqa Sarıtaş Teşkilat dan ayrılır?

07.06.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"TRT1" kanalında yayımlanan "Teşkilat" serialının baş rol ifaçısı Tolqa Sarıtaş 7-ci mövsümdə də layihədə rol alacaq.

Axşam.az xəbər verir ki, aktyor yeni mövsüm üçün prodüser heyəti ilə yenidən razılığa gəlib. Tolqa üçün hazırda yeni tərəf müqabili axtarılır.

Bununla da Tolqa Sarıtaş serialda 3 mövsüm rol alan ilk baş rol aktyoru olacaq. Daha əvvəl Çağlar Ertuğrul və Murat Yıldırım layihədə iki mövsüm iştirak etmişdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью