Tolstoyun bu əsəri hərraca çıxarıldı

25.06.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Rus yazıçısı Lev Tolstoyun "Uşaqlıq və yeniyetməlik” əsərinin 1856-cı ilə aid olan və cəmi iki nüsxədən biri sayılan ilk nəşrlərindən biri "Litfond" auksion evində 500 min rubl start qiyməti ilə hərraca çıxarılacaq.


Kulis.az xəbər verir ki, Tolstoyun bu kitabı biblioqrafik nadir tapıntı hesab olunur və qarşıdakı hərracın ən bahalı lotu olacaq.

Nikolay Leskovun "Solaxay" əsərinin birinci nüsxəsi də hərraca çıxarılan əsərlər arasındadır. Qeyd edək ki, bu nüsxə 1961-ci ildə nəşr olunub və rəssam Nikolay Kuzmin tərəfindən Nikita Xruşşova ithaf olunub.

Məhbus yoldaşını zorlanmadan xilas edən azərbaycanlı rəssam Elizabet Mossun "The Handmaid's Tale" etirafı Böyük Teatrda “1001 gecə”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью